
Prezident “Xocalı” abidəsini ziyarət edib
Azərbaycan prezidenti İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Xocalı" abidəsini ziyarət edib.
Dövlət başçısı abidənin qarşısına əklil qoyub, soyqırımı qurbanlarına ehtiramını bildirib. Mərasimdə Azərbaycanın hökumət və dövlət rəsmiləri də iştirak ediblər.
Digər xəbərlər