Rusiya səfirliyinin qadın əməkdaşı  qarət edildi

Rusiya səfirliyinin qadın əməkdaşı qarət edildi

25 Fevral 2014 16:05
Bəyəndim (0) Bəyənmədim (0)

Səbail rayonunda Rusiya vətəndaşına qarşı cinayət törədən şəxs məsuliyyətə cəlb edilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22-də Rusiya Federasiyası vətəndaşı İnnokenti Nefodova zor tətbiq edərək soyğunçuluq yolu ilə içərisində 100 manat pul və xidməti vəsiqəsi olan kisəsini alıb qaçmış daimi yaşayış yeri olmayan Namaz Bakirov tutulub.

Qeyd edək ki, İnnokenti Nefodova Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşıdır.