İki dini icma ləğv edildi

İki dini icma ləğv edildi

25 Fevral 2014 15:55
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda iki dini icma ləğv olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən ANS-in sorğusuna cavab olaraq bildiriblər ki, son 4 il ərzində yalnız 2 icmanın qeydiyyatı ləğv olunub. Onlardan biri "Həyatverici lütf" dini icmasının qeydiyyatının düzəldilməsi ilə əlaqədar dövlətə müraciət etməkdən imtina etməsi nəticəsində qeydiyyatı ləğv olunub: "Yəni ortada həmin icmanın dövlət qanunlarını saymaması faktı var",- deyə Komitədən göndərilən məlumatda qeyd olunub.

Digərinin isə Xırdalanda qarajda qeydə alınan bir icma olduğu bildirilir:" Qanunvericiliyə görə icmalar ibadət evlərində fəaliyyət göstərməlidirlər".

Komitədən verilən məlumatda qeyd olunub ki, 2012-2013-cü illər ərzində hər hansı dini qurumun fəaliyyətinə Dövlət Komitəsi tərəfindən o cümlədən məhkəmənin qərarı ilə xitam verilməyib.