Xarici pasportlar haqda qanuna dəyişiklik edildi

Xarici pasportlar haqda qanuna dəyişiklik edildi

25 Fevral 2014 14:53
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclis "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Qanunu ilkin oxunuşda qəbul edib.

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Qanun layihəsi müzakirə edilib.
Qanun layihəsi barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, mövcud "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Qanunun 6-cı maddəsinin birinci hissəsinə 5-ci bənd əlavə edilməsi nəzərdə tutulur. Əlavəyə əsasən, Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsinin zabit heyətinə diplomatik pasportlar veriləcək.