Şəkərli diabet xəstələrinin sayı artıb

Şəkərli diabet xəstələrinin sayı artıb

25 Fevral 2014 14:50
Bəyəndim (0) Bəyənmədim (0)

Cəbhə bölgəsində yaşayanlar arasında şəkərli diabet və başqa xəstəliklərin geniş yayıldığı müşahidə olunur. Apa -nın Qarabağ bürosunun xəbərinə görə, bu fakt son günlər respublikada əhalinin kütləvi müayinədən keçirilməsinə dair həyata keçirilən tədbirlər zamanı məlum olub.

Ağdam Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, əhali arasında daha çox əsəb, sinir və qan sistemi, həmçinin mədə-bağırsaq xəstəliklərinin yayılması çoxalan xətt üzrə inkişaf edir.

O da bildirilib ki, indiyədək Ağdam rayonu ərazisində 6 min nəfər müayinədən keçirilib. Tibbi yoxlamalar zamanı qorxulu və xroniki xəstəliklərin daşıyıcısı olan şəxsə rast gəlinməyib, amma narahatlıq doğuran hallar da az deyil.

Ağdam Rayon Poliklinikasının müdiri Bəhram Qurbanov deyib ki, hər ay 20-25 nəfər şəkərli diabet xəstəsi qeydiyyata alınır: "Bu da insanların yaşadığı müharibə şəraiti ilə bağlıdır".

Müayinələr zamanı öd kisəsi daşı xəstəliyinin əvvəlki illərlə müqayisədə artdığı da bəlli olub: "Bu daha çox adamların fiziki işlərdən uzaq düşməsi ilə əlaqədardır".