Fövqəladə hallar naziri Qubada vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Qubada vətəndaşları qəbul edəcək

25 Fevral 2014 11:05
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov fevralın 28-də Quba şəhərində vətəndaşların qəbulunu keçirəcək.

Mediainfo.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, qəbulda Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının sakinləri, habelə həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı Quba şəhər Mədəniyyət Evinin binasında (ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti 165) 27 fevral 2014-cü il tarixində saat 10:00-dan başlayacaq. Vətəndaşlar qəbula gələrkən şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.