"KİA" zəncirvari qəza törətdi

"KİA" zəncirvari qəza törətdi

25 Fevral 2014 09:42
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının B.Çobanzadə küçəsində 4 maşının toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib.

Küçə ilə hərəkət edən "VAZ 21015" avtomobili "KİA" markalı və "Mercedes" markalı avtomobillər ilə toqquşub. Zərbənin gücündən "Mercedes Benz" yolun kənarında dayanan digər "Mercedes" avtomobilinə çırpılıb.Hadisə nəticəsində 2 nəfər ağır, 1 nəfər yüngül xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşları hadisə yerinə cəlb olunub. Qəza nəticəsində avtomobillərin birində yanacaq sızması baş verib. Hazırda ərazi FHN-in və hüquq-mühafizə orqanlarının əməkdaşlarının nəzarət altında saxlanılır.Xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Qәzada xәsarәt alanlardan birinin şәxsiyyәti mәlum olub.3 saylı Şәhәr Klinik xәstәxanasından apa-ya verilәn mәlumata görә, xәstәxanaya 1976-cı il tәvәllüdlü Mәmmәdov Fuad Mәmmәd oğlu gәtirilib. Onun KİA-nın sürücüsü olduğu ehtimal edilir.