Sabah hava yağmursuz olacaq

Sabah hava yağmursuz olacaq

24 Fevral 2014 12:54
Bəyəndim (0) Bəyənmədim (0)
6-11 dərəcə istilik olacaq

Bakı və Abşeron yarımadasında fevralın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 2-4, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gün ərzində Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və biometeoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.