"Avropa" aptekini işçiləri soydular - 134 min manat

"Avropa" aptekini işçiləri soydular - 134 min manat

24 Fevral 2014 12:49
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən aptekdən 134 min manat oğurlanıb.Xəbərə görə, 1973-cü il təvəllüdlü Həsənov Elşən Məhərrəm oğlu şikayət ərizəsi yazaraq polisə bildirib ki, İstiqlaliyyət küçəsində yerləşən və ona məxsus olan "Avropa" aptekindən külli miqdarda pul oğurlanıb. E.Həsənov ərizəsində onu da qeyd edib ki, pulu aptekin işçiləri 2013-cü ildən bu günədək olan müddətdə hissə-hissə götürüblər. Hazırda faktla bağlı araşdırmalar aparılır.