
15 yaşlı qız üstə qırğın düşdü
Xsətəxanalıq olanlar da var
Zərdab rayonunda bıçaqlanma hadisəsi baş verib.Kənd sakinlərinin verdiyi məlumata görə, hadisə rayonun Alıcanlı kəndində 15 yaşlı məktəbli qızın üstündə törədilib.Belə ki, kənd sakinləri Rahim Vəliyev, Fərid Əsədov və adı bəlli olmayan daha iki nəfər arasında mübahisə yaranıb. Əlbəyaxa davada aralarındakı münasibəti çözə bilməyən həmkəndlilər bıçağa əl atıblar.Rahim Vəliyev üzərindəki bıçaqla həmyerlisi Əsədov Fərid Alim oğluna bir neçə zərbə endirib. Bıçaq xəsarəti alan F.Əsədov rayonun Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, Rayon Polis Şöbəsi isə faktla bağlı açıqlama vermək istəməyib.
Digər xəbərlər