Tələbənin şikayətçi olduğu dekan müavini auditoriyada öldü

Tələbənin şikayətçi olduğu dekan müavini auditoriyada öldü

24 Fevral 2014 11:54
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 24-də səhər saatlarında Bakı Dövlət Universitetində tarix fakültəsinin magistratura üzrə dekan müavini Rəfael Süleymanov vəfat edib.

Qeyd edək ki, Rəfael Süleymanov fevralın 21-də BDU-da keçirilən aksiyada tarix fakültəsinin tələbəsinin şikayətçi olduğu müəllimdir. BDU-dakı qaynağın "Yeni Müsavat"a verdiyi xəbərə görə, R.Süleymanov həmin gündən çox əsəbi və stressli olub. Bu gün səhər saatlarında BDU-ya gələn R.Süleymanov 1 saat sonra auditoriyada vəfat edib.