Kontuziyadan əziyyət çəkən  polkovnik-leytenant vəfat etdi

Kontuziyadan əziyyət çəkən polkovnik-leytenant vəfat etdi

24 Fevral 2014 10:21
Bəyəndim (0) Bəyənmədim (0)

Bərdə taborunun komandiri, ehtiyatda olan polkovnik-leytenant Elçin Əliyev dünyasını dəyişib.

Bu barədə apa-ya Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) sədr müavini Kamil Şirinov məlumat verib.Keçmiş döyüşçü ötən gün axşam dünyasını dəyişib. O, müharibə zamanı aldığı kontuziyadan uzun müddətdir əziyyət çəkirmiş.Silahlı Qüvvələrdən ehtiyata buraxıldıqdan sonra E. Əliyev AVMVB Nəsimi rayon təşkilatının sədri vəzifəsində çalışıb.

Qeyd edək ki, 1958-ci il təvəllüdlü E. Əliyev ixtisaslı hərbçi olub. O, 1992-ci ildə Bərdə taborunu yaradaraq Ağdam, Tərtər, Ağdərə, Kəlbəcər və Laçın rayonlarında gedən döyüşlərdə iştirak edib.