
Siyəzəndə məktəblilər zəhərləndilər
Ötən gecə Siyəzəndə 2 məktəbli zəhərlənib. Məlumata görə, Sabir küçəsi 49 ünvanında yaşayan 1996-cı il təvəllüdlü İxtiyar İbrahimov və 1998-ci il təvəllüdlü Aydan Həsənova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Araşdırmalar zamanı onların dəm qazından zəhərləndikləri məlum olub. Hazırda hər iki məktəblinin vəziyyəti orta-ağırdı.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər