Toyda içib sərxoş olanların sonu travmatologiya şöbəsi oldu

Toyda içib sərxoş olanların sonu travmatologiya şöbəsi oldu

22 Fevral 2014 10:08
Bəyəndim (0) Bəyənmədim (0)

Samuxda toy mərasimində kütləvi davada 3 nəfər xəsarət alıb.

Mediainfo.az Kəpəz TV-yə istinadən məlumat verir ki, dünən axşam saatlarında Samux rayonu, Kolayır kəndində insident baş verib. Adıçəkilən kənddə toy mərasimi zamanı sərxoş olan gənclər arasında kütləvi dava olub. Nəticədə üç nəfər Samux sakini aldıqları ağır bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Şöbədən verilən məlumata görə, hər üç xəstə küt alətlərlə döyülüb. Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.