Dəhşət! Qadın hirsindən pişiyi mikrodalğalı sobada qızartdı

Dəhşət! Qadın hirsindən pişiyi mikrodalğalı sobada qızartdı

22 Fevral 2014 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərənin Barnsli şəhərində Laura Kankiff adlı qadın pişiyini mikrodalğalı sobada yandırıb.23 yaşlı qız bu əməlinə səbəb kimi pişiyin yapon balığına hücum etməsini göstərib.
Belə ki, 4-5 aylıq pişiyi cəzalandırmaq üçün, onu 5 dəqiqə mikrodalğalı sobada saxlayıb. Qısa bir müddət ərzində tələf olan heyvan gücü radiasiya dalğalarının təsirindən faciəvi şəkildə can verib.

İndi işsiz olan Kanliff, heyvanın necə can verməsinə tamaşa edib. Etdiyi əməlinə görə 23 yaşlı qız məhkəməyə verilib. Məsələyə baxan hakim 13 illik karyerası dövründə ilk dəfə belə bir şeylə qarşılaşdığını bildirib.

Kaliffin vəkilinin dediyinə görə, qız bu hərəkəti depresiyada olduğuna, psixoloji problemlər yaşadığına görə edib. Beləliklə, vəhşi qadına martın 13-də heyvana işgəncə verdiyinə görə hökm olunacaq/ans/