
Narkotacir qadın tutuldu
Asudə Soltanovadan 2 kiloqram 65 qram marixuana götürülüb
Suraxanı rayonunda narkotik alveri ilə məşğul olan qadın tutulub. DİN mətbuat xidmətinii verdiyi məlumata görə, keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Asudə Soltanovadan 2 kiloqram 65 qram marixuana götürülüb. Qadının narkotik alveri ilə məşğul olduğu bildirilib.
Əməliyyat Suraxanı RPİ 30-cu polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilib.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər