
Yaşadığı evə od vurdu
Ağdamın "Dördyol-1" qəsəbəsindəki 1281 saylı evdə yaşayan məcburi köçkün Mülayim Nəbiyevanın evi yandırılıb. Hadisəni onun oğlu Sarvan Nəbiyevin törətdiyi bildirilir.
Məlumata görə, Mülayim Nəbiyeva və ərinin evi tərk etməsi ilə psixoloji sarsıntılar keçirən oğul yaşadığı evə od vurduqdan sonra oranı tərk edib. Hadisə yerinə cəlb olunan FHN Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının qarşısını almağı bacarıblar. Hadisəni törətməkdə günahkar bilinən Sarvan Nəbiyev rayonun polis əməkdaşları tərəfindən saxlanılıb. O, ifadəsində hadisəni törədən zaman içkili olduğunu deyib.
Digər xəbərlər