Bakıya qış qayıdır: yağıntı gözlənilir

Bakıya qış qayıdır: yağıntı gözlənilir

21 Fevral 2014 12:40
Bəyəndim (0) Bəyənmədim (0)
6-8 dərəcə isti olacaq

Bakı və Abşeron yarımadasında fevralın 22-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 2-4, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 22-də hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.