
Şirkətdə işçi özünü asdı
Bakının Səbail rayonunda intihar hadisəsi baş verib.
Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə paytaxtın Asəf Zeynallı küçəsi, 37 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən "Caspian Geology" şirkətinin ofisində, oranın işçisi, 1952-ci il təvəllüdlü Saleh Əlipaşa oğlu Əliyev özünü asıb.İntiharın səbəbləri hələlik məlum deyil.Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
Digər xəbərlər