Ukrayna polisləri Yevromaydan fəallarına təslim olmağa başlayıblar

Ukrayna polisləri Yevromaydan fəallarına təslim olmağa başlayıblar

21 Fevral 2014 05:24
Bəyəndim (0) Bəyənmədim (0)
100-dək sıravi polis əsir götürülüb

Ukrayna parlamentinin antiterror əməliyyatlarını qadağan edən qərarından sonra polislər kütləvi şəkildə etirazçılara təslim olmağa başlayıblar. Новости.Dneprcity-nin məlumatına görə, mitinqi dağıtmaq əmrini gözləyən Daxili İşlər nazirliyinin bəzi əməkdaşları Yevromaydan fəalları tərəfindən əsir götürülüblər. Artıq Oktyabr sarayının yaxınlığındakı barrikadalardan 100-dək polis uzaqlaşdırılıb. Etirazçılara əsir düşmüş polislərə qarşı zorakılıq etməmək tapşırığı verilib. Əsirlər dindirilmək üçün "Kiyev Komendantlığı" yazılmış çadıra gətirilir. Hazırda İnstitut küçəsində də polislər xeyli geri çəkiliblər.

Məlumatda bildirilir ki, təslim olmuş polislər sıravilərdir və onların arasında zabitlər yoxdur.

Mediainfo.az