Ukrayna parlamentindən üsyançılara dəstək gəldi

Ukrayna parlamentindən üsyançılara dəstək gəldi

21 Fevral 2014 03:17
Bəyəndim (0) Bəyənmədim (0)
Ali Rada antiterror əməliyyatlarına “yox” dedi

Ukrayna parlamentinin deputatları dünən axşam saatlarında növbədənkənar toplanaraq, Təhlükəsizlik Şurasının qərarı ilə başlayan antiterror əməliyyatlarını kəskin pisləyiblər. İnterfax-ın məlumatına görə, qeydiyyatdan keçmiş 238 millət vəkilindən 236-sı güc tətbiqini məhdudlaşdıran yekun qərarın lehinə səs verib. Qərarda çoxsaylı insan ölümünə səbəb olan antiterror əməliyyatı bəşəriyyətə qarşı cinayət adı ilə təqdim olunub və bütün güc nazirliklərinə dinc vətəndaşlara qarşı təqibə dərhal son qoymaq haqda çağırış edilib. Beləliklə, yekun qərara əsasən, Ukrayna Təhlükəsizlik Şurası və Antiterror mərkəzinin başladıqları əməliyyatlar rəsmən qadağan edilib.

Qeyd edək ki, Ukrayna Səhiyyə Nazirliyinin 21 fevrala olan məlumatına görə, qarşıdurmalar zamanı ümumən 75 nəfər həyatını itirib, yüzlərlə adam yaralanıb.

Mediainfo.az