Separatçılar ATƏT missiyasının hesabatından narazıdır

Separatçılar ATƏT missiyasının hesabatından narazıdır

6 Aprel 2011 12:37
Bəyəndim (0) Bəyənmədim (0)

Dağlıq Qarabağın qondarma rejiminin rəhbərləri ATƏT-in sonuncu qiymətləndirmə missiyasının hesabatından narazı qalıblar. Belə ki, sənədin adı onları qane etməyib.

"ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ ətrafında işğal olunmuş Azərbaycan ərazilərində vəziyyət üzrə səhra qiymətləndirmə missiyasının hesabatı" adlı sənəd separatçıların etirazına səbəb olub.

Belə ki, Masis Mailyan adlı qondarma qurum rəhbəri vəziyyəti qiymətləndirərkən "Missiya nədənsə Azərbaycanın bizdən işğal etdiyi ərazilərə baş çəkməyib" fikrini söyləyib.

Maraqlıdır, görəsən, ermənilər hansı əraziləri nəzərdə tuturlar?!

O.M.