
Desant briqadasının hərbi avtomobiil qəzaya uğrayıb, 3 nəfər ölüb
Dnepropetrovsk vilayətindən Kiyevə göndərilən desant qüvvələrini daşıyan hərbi yük avtomobili qəzaya uğrayıb. Ukrayna saytlarının verdiyi məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı 3 hərbçi ölüb, 9-u xəsarət alıb. Qəzanın səbəblər araşdırılır.
Qəzaya düşənlər Dnepropetrovsk 25-ci əlahiddə hava-desant briqadasının əsgərləri olub. Müdafiə Nazirliyi onların Kiyevdə yerləşən silah-sursat bazalarının mühafizəsinə cəlb ediləcəyini açıqlamışdı.
Digər xəbərlər