Azərbaycanda boz ay başladı

Azərbaycanda boz ay başladı

20 Fevral 2014 13:57
Bəyəndim (0) Bəyənmədim (0)
Kiçik çillə adətən şaxtası, sazağı, qarı-çovğunu ilə fərqlənir

Şərq xalqlarının həyatında təbiət hadisələrinin özünəməxsus rolu olub ki, bunun nəticəsində də bir sıra ayin və mərasimlər yaranıb.Eləcə də Azərbaycanda təbiət hadisələri xalqın inanclarında özünəməxsus yer tutur.

Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, dekabrın 22-dən qış fəsli başlayıb.Xalq təqvimində qış fəsli 3 hissəyə bölünür. Böyük çillə 40, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün boz ay adlanır.

Məlumata görə, bu təqvimlə dekabrın 21-dən yanvarın 30-dək böyük çillə, yanvarın 31-dən fevralın 19-dək kiçik çillə, fevralın 20-dən martın 20-dək boz ay davam edir.

Xalq inanclarına görə, Azərbaycan ərazisində qışın oğlan çağı – kiçik çillə fevralın 20-də başa çatır. Kiçik çillə adətən şaxtası, sazağı, qarı-çovğunu ilə fərqlənir.

Dədə-babalarımız həmişə bu təqvimə uyğun davranıblar.