Kürdəmirdə 32 yaşlı qadın özünü damdan atmaq istəyib

Kürdəmirdə 32 yaşlı qadın özünü damdan atmaq istəyib

20 Fevral 2014 13:46
Bəyəndim (0) Bəyənmədim (0)

Kürdəmir rayonunda intihara cəhdin qarşısı alınıb.

Hadisə bu gün saat 12:00 radələrində Kürdəmir şəhərinə bitişik Aran qəsəbəsində qeydə alınıb. 1982-ci il təvəllüdlü rayon sakini Məmmədova Xəyalə Məmmədağa qızı yaşadığı ikimərtəbəli binanın damına çıxaraq özünü aşağı atmaq istəyib. Dərhal əraziyə FHN-in Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, rayon polis şöbəsinin, təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşları gəlib. Xəyalə Əhmədova ilə aparılan söhbətlər nəticəsini verib və o, binanın başından aşağı enib.İlkin məlumata görə, həyat yoldaşından ayrılan Xəyalə Əhmədova hazırda anası ilə birgə yaşayır və pul borcu olduğu üçün intihara cəhd edib.Faktla bağlı araşdırma aparılır.