Şad xəbər: havalar isinir

Şad xəbər: havalar isinir

20 Fevral 2014 13:00
Bəyəndim (0) Bəyənmədim (0)
Temperatur 16-17 dərəcəyə yüksələcək

Bakı və Abşeron yarımadasında fevralın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb, şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 4-6, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gün ərzində Abşeron yarımadasında mülayim cənub-qərb küləyinin arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunması əksər meteohəssas insanlarda diskomfort hissi yarada bilər.