
Maskalılar evə basqın edərək, qadına zor tətbiq ediblər
Azərbaycanda maskalı şəxslər yaşayış evinə basqın edib.
Cəlilabad rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə ötən gecə Cəlilabad şəhərinin H. Cavid küçəsi ev-17 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan Xaliq Nuriyevin yaşadığı mənzilə daxil olan 2 maskalı şəxs, onun arvadı, 1960-cı il təvəllüdlü Əskinaz Nuriyevaya zor tətbiq edərək pul tələb ediblər. Maskalı şəxslər qadının səs-küy saldığını görüb tez ərazidən uzaqlaşıblar.Baş vermiş hadisə ilə bağlı araşdırmalara başlanıb.
Digər xəbərlər