Azərbaycan MN: Sutka ərzində atəşkəs rejimi 10 dəfə pozulub

Azərbaycan MN: Sutka ərzində atəşkəs rejimi 10 dəfə pozulub

20 Fevral 2014 12:00
Bəyəndim (0) Bəyənmədim (0)

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 10 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, Goranboy və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.Düşmən cavab atəşi ilə susdurulub.