Erməni əsgərləri arasında kütləvi virus yayılıb

Erməni əsgərləri arasında kütləvi virus yayılıb

20 Fevral 2014 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Ordusunun Gorusda və Azərbaycanın işğal olunmuş Qubadlı rayonunda yerləşən hərbi hissəsində çoxlu sayda əsgər ağır xəstəliklə tibb müəssisələrinə yerləşdirilib.

Apa-nın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, son 10 gündə Gorus şəhərindəki tibb mərkəzinə Gorusdan və Qubadlıdakı hərbi hissədən 100-dən artıq xəstə əsgər aparılıb.Hərbi qulluqçularda bronxit, pnevmoniya və yuxarı tənəffüs yolların infeksiyası xəstəlikləri aşkarlanıb.Həkimlər xəstəliyin və infeksiyanın yayılmasının səbəbini təyin edə bilməyiblər.