Sağ təkəri qopan cipin sürücüsü "oyun" çıxartdı

Sağ təkəri qopan cipin sürücüsü "oyun" çıxartdı

20 Fevral 2014 09:33
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Yasamal rayonu, Yeni Yasamal ünvanında yol nəqliyyat hadisəsi baş verib.

Apa-nın xəbərinə görə, Yeni Yasamal-1 küçəsi ilə hərəkət edən "Jeep Grand Cherokee"markalı avtomaşının sürücüsü maşını əvvəlcə küçədəki marketə çırpıb.

Daha sonra yol kənarında dayanan "Lada Priora"nı əzən "Jeep" in sürücüsü hadisə yerindən qaçmaq istəyib. Lakin, ona işıq dirəyi mane olub. İşıq dirəyini əzən sürücü avtomobilin sağ qabaq təkərinin yerindən qopmasının fərqinə varmadan magistral yola çıxıb. Bu zaman idarəetməni itirən sürücü Yeni Yasamal küçəsində dayanan "Qazel" markalı yük maşınına çırpıldıqdan sonra dura bilib.

Hadisə yerinə Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsinin əməkdaşları gəlib. Polis əməkdaşları sürücünün içkili olduğundan şübhələndiklərindən onu içki testi məntəqəsinə aparıblar. Yararsız vəziyyətə düşən maşın isə evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb.

Faktla bağlı Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsində araşdırma aparılır.