76 yaşlı kişiyə qarşı quldurluq

76 yaşlı kişiyə qarşı quldurluq

19 Fevral 2014 15:40
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda 76 yaşlı kişiyə qarşı quldurluq edilib. Səbail Rayon Polis İdarəsindən apa -ya verilən məlumata görə, hadisə Bayıl qəsəbəsində, Elşən İsmayılov küçəsi, ev 1, mənzil 111 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1938-ci il təvəllüdlü Şaiq Əli oğlu Muqimovun kirayə yaşadığı mənzilə daxil olan naməlum şəxs bıçaqla onu hədələyərək 1670 manat pulunu alıb.

Hazırda polis hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparır.