Vətəndaşa məxsus ərazidə döyüş sursatı aşkar edilib

Vətəndaşa məxsus ərazidə döyüş sursatı aşkar edilib

19 Fevral 2014 15:27
Bəyəndim (0) Bəyənmədim (0)

Aərbaycanda döyüş sursatı aşkar edilib. Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Qaraboğaz düzənliyində vətəndaşa məxsus olan ərazidə döyüş sursatı aşkarlanıb. Dərhal FHN-in müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçirərkən onların təlim üçün olduğu müəyyən edilib. Mütəxəssislər tərəfindən əraziyə təkrar baxış keçirilib və digər partlayış təhlükəli silah və sursat aşkar edilməyib. Minalar mexaniki üsulla zərərsizləşdirilərək aidiyyəti üzrə təhvil verilib.