Kiyev toqquşmasında azərbaycanlı yaralandı

Kiyev toqquşmasında azərbaycanlı yaralandı

19 Fevral 2014 14:45
Bəyəndim (0) Bəyənmədim (0)

Kiyevdə müxalifətlə güc strukturları arasında baş verən toqquşmada avtomatdan açılan atəş nəticəsində azərbaycanlı yaralanıb. Lent.az-ın məlumatına görə, bu şəxs əslən Gəncədən olan və uzun illərdir Ukraynada yaşayan Murad Ibrahimovdur. Məlumata görə, Murad hazırda Kiyevdəki xəstəxanalardan birində müalicə olunur. Kiyevdə yaşayan tanışlarının verdiyi məlumata görə, həkimlər onun vəziyyətinin ağır olduğunu deyirlər.