Redaktordan təkzib verməsi tələb olunub

Redaktordan təkzib verməsi tələb olunub

19 Fevral 2014 14:15
Bəyəndim (0) Bəyənmədim (0)

"Yeni Müsavat" qəzetinin internet saytının redaktoru Xalid Kazımlı Bakı Şəhər Prokurorluğuna çağırılıb. Bu barədə apa -ya məlumat verən X. Kazımlı qeyd edib ki, bu gün Bakı Şəhər Prokurorluğuna dəvət olunub və şəhər prokurorunun müavini Fazil Həsənəliyevlə görüşüb.

F. Həsənəliyev X. Kazımlıya bildirib ki, redaktoru olduğu "musavat.com" saytında "Günün fotosu: harın oğulun qəzası" başlıqlı yazıda prokurorluq orqanlarının nüfuzuna xələl gətirən ifadələr yer alıb. Jurnalistə bu xəbərin həqiqəti əks etdirmədiyi deyilib və təkzib verilməsi tələb olunub.

Xatırladaq ki, "musavat.com" saytındakı məlum informasiyada qəzaya uğrayan "Mercedes-Gellenvagen" markalı avtomobilin fotosu yer alıb və həmin avtomobilin prokuror övladına məxsus olduğu bildirilib.