Bu ildən qiyabi təhsil yığışdırılır

Bu ildən qiyabi təhsil yığışdırılır

19 Fevral 2014 13:54
Bəyəndim (0) Bəyənmədim (0)

2014/2015-ci tədris ilindən Azərbaycanda bakalavriat səviyyəsi üzə qiyabi təhsil formasına plan yerlərinin sayı azaldılıb.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdiri baş məsləhətçi Natiq İbrahimov jurnalistlərə açıqlamasında deyib ki, artıq bununla da qiyabi təhsil forması məhdudlaşdırılır. Onun sözlərinə görə, bu ildən ali təhsilin magistratura pilləsində qiyabi təhsil formasına qəbul aparılmayacaq.

N.İbrahimov qeyd edib ki, Azərbaycanda növbəti tədris ili üçün müəllim ixtisaslarına da qəbul azalıb. Nazirlik rəsmisinin fikrincə, ali təhsil müəssisələrinə müəllim ixtisası üzrə qəbul planı artırılsa da, ümumilikdə götürdükdə respublikada müəllim ixtisasları üzrə qəbul planı azalıb: "Bu da əsasən kolleclərdəki müəllim hazırlığı ilə bağlıdır. Orta ixtisas məktəblərində 2 ixtisas üzrə müəllim hazırlığı dayandırılıb. Bunlar ibtidai sinif və informatika müəllimliyidir. Ali təhsil müəssisələrində isə müəllim ixtisası üzrə qəbulda artım var. Bu sahə üzrə dövlət sifarişli yerlərin sayı 800-dək artırılıb".