Qapı dirəyi 13 yaşlı uşağın üstünə aşıb

Qapı dirəyi 13 yaşlı uşağın üstünə aşıb

6 Aprel 2011 12:13
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Tomsk şəhərinin "Vosxod" stadionunda faciə baş verib.

Futbol qapısı 13 yaşlı məktəblinin üstünə aşıb. Dərsdən sonra yoldaşları ilə birlikdə arenaya gedən məktəbli qapının tirindən sallanmaq qərarına gəlib. Torpağa yaxşı basdırılmayan qapı da onun üzərinə aşıb.

Ağır kəllə-beyin zədəsi ilə xəstəxanaya çatdırılan uşaq koma vəziyyətinə düşüb. Həkimlər onun vəziyyətinin getdikcə ağırlaşdığını bildirib.

O.M.