AUDİO: Gülən azərbaycanlı nazirə məktub göndərib?

AUDİO: Gülən azərbaycanlı nazirə məktub göndərib?

19 Fevral 2014 11:52
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Müdafiə Nazirliyi Fətullah Gülən və Mustafa Günay adlı şəxslər arasında aparılan telefon danışığının yayılmış audioyazısında müdafiə naziri Zakir Həsənov barədə səsləndirilən fikirlərə rəsmi aydınlıq gətirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, nazirlik bəzi elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Fətullah Gülən və Mustafa Günay adlı şəxslər arasında aparılan telefon danışığının yayılmış audioyazısında Azərbaycan Respublikasının müdafiə naziri barədə səsləndirilən fikirlərə münasibət olaraq bildirir ki, müdafiə nazirinin adı çəkilən şəxslərlə heç bir tanışlığı yoxdur, ünvanına heç bir təbrik məktubu daxil olmayıb və bunu bir təxribat kimi qiymətləndirir.

Qeyd edək ki, sosial şəbəkələrdə paylaşılan Fətullah Gülənlə Mustafa Günay arasındakı telefon danışığının audioyazısında Fətullah Gülən Azərbaycanın Müdafiə naziri Zakir Həsənova məktub göndərdiyini deyir.