
Xocalı soyqırımının tanıtım aksiyası Nyu-Yorkda
Xəbər verdiyimiz kimi, Azərbaycan Amerika Alyansının təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə hər il ABŞ-da keçirilən Xocalı soyqırımını tanıtım aksiyasına start verilib.Artıq bir neçə gündür ki, Nyu-Yorkun məşhur Tayms Meydanının tam mərkəzində quraşdırılan monitorlarda Xocalı soyqırımından xəbər verən, statistik göstəriciləri əks etdirən qrafik görüntü nümayiş olunur.Tayms Meydanı Nyu-Yorkun Manhetten şəhərində yerləşən, "dünyanın yolayrıcı" adlandırılan və gün ərzində təxminən 108000 insanın axışdığı bir məkandır.Ötən ildən fərqli olaraq, bu il Tayms Meydanında bir deyil, iki böyük monitor hər iki 2 dəqiqədən bir 30 saniyə davam edən görüntünü sərgiləyir. Ümumilikdə, 6 saat ərzində iki mərkəzi monitor insanları 22 il öncə Azərbaycanda, Xocalıda baş verən dəhşətlərdən xəbərdar edir.
Azərbaycan Amerika Alyansının keçirdiyi kampaniya Nyu-York metro stansiyalarında posterlərin quraşdırılması və mobil proyeksiya üsulu ilə binalar üzərində görüntülərin işıqlandırılması ilə davam edəcək.
Aksiyanın gedişatı ilə www.azerbaijanamericaallliance.org saytından,
www.facebook.com/pages/Azerbaijan-America-Alliance səhifəsindən tanış ola bilərsiniz.