Xaçmazda maşın dərəyə uçdu: yaralılar var

Xaçmazda maşın dərəyə uçdu: yaralılar var

19 Fevral 2014 11:00
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saatlarında Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, Xaçmaz rayonu, Sudur kənd sakini 1986-cı il təvəllüdlü Çingiz Süleymanovun idarə etdiyi 10 RE 724 dövlət nömrə nişanlı, "VAZ 2107" markalı avtomaşın yoldan çıxaraq yolun kənarındakı dərəyə düşüb. Qəza nəticəsində maşında olan 3 nəfərdən biri - 1987-ci il təvəllüdlü, Quba rayonunun Cimi kənd sakini Aqşin İsrafilov müxtəlif bədən xəsarətləri alıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.