Azyaşlı sürücü ağır qəza törətdi

Azyaşlı sürücü ağır qəza törətdi

18 Fevral 2014 15:23
Bəyəndim (0) Bəyənmədim (0)

Şirvanda yük maşını ilə minik maşını toqquşub. Hadisə Şirvan-Salyan magistral yolunda baş verib. Ramil Mehdiyevin idarə etdiyi "İSUZU" markalı ərzaq daşıyan maşın Şirvan sakini, 17 yaşlı Etibar Ələkbərovun idarə etdiyi "QAZ 3110" markalı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki maşın yoldan çıxaraq, aşıb. Avtomobillər yararsız hala düşüb. Yük maşının sahibinə maddi ziyan dəyib. Etibar Ələkbərov avtomobili sürücülük hüququ olmadan idarə edib.

Etibar Ələkbərov deyib ki, avtomobili sürətlə idarə etməyib, sadəcə maşın idarəetmədən çıxıb. O, sürücülük vəsiqəsi olmamasına belə haqq qazandırmaq istəyib.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırma aparılır.