Ailə vəziyyətinə görə tələbələrə akademik məzuniyyət veriləcək

Ailə vəziyyətinə görə tələbələrə akademik məzuniyyət veriləcək

18 Fevral 2014 14:12
Bəyəndim (0) Bəyənmədim (0)

Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə təsdiq edilən "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar"da akademik məzuniyyətin verilməsi də öz əksini tapıb. Təhsil Nazirliyindən verilən məlumata görə, tələbələrə müddətli həqiqi hərbi xidmətə çağırıldıqda, ailə vəziyyətinə (2 il müddətinədək), səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə), sosial məzuniyyətə çıxdıqda, müxtəlif proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə akademik məzuniyyət veriləcək.

Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti semestrdən buraxılırlar.