Oğlunun bahalı maşınlarının güdazına gedən rəisin yerinə yeni işçi təyin olundu

Oğlunun bahalı maşınlarının güdazına gedən rəisin yerinə yeni işçi təyin olundu

18 Fevral 2014 12:42
Bəyəndim (0) Bəyənmədim (0)

Bir müddət əvvəl sosial şəbəkələrdə övladı bahalı avtomobillərini nümayiş etdirdiyinə görə tutduğu vəzifədən istefa verən prokurorluq işçisinin yerinə təyinat olub.

Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Baş Prokurorluqda Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə rəis müavini Rövşən Maqsudov Bakı Şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, buna qədər Bakı Şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi vəzifəsində Ramiz Nəbiyev çalışıb. Bir neçə ay əvvəl R.Nəbiyevin oğlu Elvin Nəbizadənin "facebook" səhifəsində bahalı avtomobillərinin şəklini paylaşması mətbuatda geniş müzakirələrə səbəb olub. Həmin hadisədən bir müddət sonra R.Nəbiyev öz ərizəsi ilə işdən çıxıb.