Kafedə ofisiant işləyən qadını öldürən polis edam olunacaq

Kafedə ofisiant işləyən qadını öldürən polis edam olunacaq

18 Fevral 2014 09:50
Bəyəndim (0) Bəyənmədim (0)

Çin məhkəməsi hamilə qadını sərxoş vəziyyətdə qətlə yetirən və onun ərini yaralayan polis əməkdaşı barəsində edam hökmü çıxarıb. Apa-nın "BBC"-yə istinadən verdiyi xəbərə görə, insident hamilə qadının çalışdığı kafelərin birində baş verib. Kafeyə yarıçılpaq və sərxoş vəziyyətdə gələn bir qrup polis əməkdaşı onlara çay gətirilməsini tələb ediblər. Polislərdən biri qadını çayı vaxtında gətirmədiyinə görə güllələyərək qətlə yetirib. Qeyd edək ki, hadisədən sonra Çində polislərə ictimai yerlərdə spirtli içki qəbul etməyə qadağa qoyulub.