"Galenvagen" qadın sürücünü yoldan çıxartdı

"Galenvagen" qadın sürücünü yoldan çıxartdı

18 Fevral 2014 09:45
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Mətubat prospektinin kəsişməsində qadın sürücünün xəsarət alması nəticələnən yol nəqliyyat hadisəsi baş verib.


Ə. Haqverdiyev küçəsindən üzü Mətbuat prospektinə doğru hərəkət edən "90 HL 400" dövlət nömrə nişanlı "Mercedes Benz ML" markalı avtomobil geriyə dönmək üçün yol ayrıcına yaxınlaşan zaman arxadan sürətlə hərəkət edən "90 DD 065" nömrəli "Mercedes Benz Galenvagen" ona çırpılıb. Qəzanın təsirindən "Mercedes Benz ML" yoldan çıxıb. Avtomaşının qadın sürücüsü xəsarət alıb. "Mercedes Benz Galenvagen" isə Ə. Haqverdiyev küçəsi 22 ünvanında yerləşən mağazaya çırpılıb.

Hadisə yerinə Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsinin əməkdaşları gəlib. Hadisə şahidlərinin sözlərinə görə, günah "Mercedes Benz Galenvagen"nin sürücüsündə olub. O, geriyə dönmək üçün yol ayrıcına yaxınlaşan "Mercedes Benz ML"ə yol verməyib.

Yol Polisinin Yasamal Rayon Şöbəsindən verilən məlumata görə, şəhər kameraları vasitəsilə qəzada hansı sürücünün günahkar olduğu müəyyən olunacaq.