"Kral"ın sahibi ilə işçiləri müştərilərini tanınmaz hala saldılar

"Kral"ın sahibi ilə işçiləri müştərilərini tanınmaz hala saldılar

18 Fevral 2014 09:42
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıtda kütləvi dava baş verib. Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib ki, baş vermiş davada iki nəfər ağır xəsarət alıb.

Məlumata görə, hadisə Bakı-Quba yolunun kənarında yerləşən "Kral" kafesinin sahibi və işçiləri ilə müştərilər arasındakı mübahisə zəminində baş verib. Belə ki, kafenin işçiləri bir neçə saat oturmuş müştərilərə narazılıq ifadə ediblər. Bu isə qarşı tərəfin etirazına səbəb olub və mübahisə əlbəyaxa davaya çevrilib. Nəticədə kafenin müştəriləri, Astara rayon sakinləri, 24 yaşlı Tural Bayramov və 27 yaşlı İlkin Quliyev ağır bədən xəsarətləri alıblar. Onlar dərhal Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıblar. Lakin İ. Quliyevin vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə köçürülüb.Polisdən hadisəni törədənlərin qaçdıqları da bildirilib. Olayla bağlı hələlik saxlanılan yoxdur.Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.