I qrup Qarabağ əlili  özünü yandırmaq istədi

I qrup Qarabağ əlili özünü yandırmaq istədi

17 Fevral 2014 16:09
Bəyəndim (0) Bəyənmədim (0)

Maddi vəziyyətinin pis olmasını əsas gətirərək, özünü öldürmək istəyən Malik Məcidovun əsəb gərginliyi keçirdiyi ehtimal olunur

Fevralın 14-də saat 15:30 radələrində Sumqayıt şəhərində intihara cəhd edən I qrup Qarabağ əlili Malik Qardaşxan oğlu Məcidov hazırda həkim nəzarətindədir.
Sumqayıt şəhər Polis İdarəsindən ANS-ə verilən məlumata görə, Malik Məcidov Sumqayıt şəhər İcra Hakimiyyətinin qabağına gələrək əlindəki butulkanın içərisindəki benzini üstünə tökərək özünü yandırmaq istəyib. Lakin ərazidə olan polis əməkdaşları onu durdura bilib.
Polislər həmin şəxsin içkili vəziyyətdə olduğunu bildirib. Malik Məcidov maddi vəziyyətinin pis olmasını əsas gətirərək, özünü öldürmək istəyib.
Polisdən bildiriblər ki, həmin şəxsə həmişə diqqət və qayğı olub. M.Məcidova dövlət tərəfindən maşın və ev də verilib. Lakin o, yenə də. Maddi durumunun ağır olmasından şikayət edib.
"Onun əsəb gərginliyi keçirdiyi ehtimal olunur. Onu xəstəxanaya yerləşdiriblər. Hazırda həkim onu müalicə edir", - deyə məlumat verilib.