
Sabiq baş nazirə 5 il həbs
Gürcüstanın sabiq Baş naziri Vano Merabişviliyə 5 il müddətinə həbs cəzası verilib. "Georgia Online" portalının verdiyi məlumata görə, bu qərarı bu gün Kutaisi şəhər məhkəməsinin hakimi Natiya Barbakadze elan edib.
Qeyd edək ki, V.Merabişvili seçicilərin pulla ələ alınması, dövlət vəsaitlərinin mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə, habelə Kvariati kəndində bağ evinin mənimsənilməsində ittiham olunurdu.
Digər xəbərlər