“İtkin düşən” qadın cinayət törədib

“İtkin düşən” qadın cinayət törədib

17 Fevral 2014 14:12
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda bir neçə ay əvvəl itkin düşmüş qadının cinayət əməlinin üstü açılıb. Məlumata görə, Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-də Bağdad Xanlarovanın evindən pul, qızıl, məişət və geyim əşyalarını oğurlayan şəxsin Könül Həsənova olması müəyyən edilib və o tutulub. Araşdırmalar nəticəsində məlum olub ki, K.Həsənova ötən il oktyabrın 9-dan itkin düşmüş şəxs kimi qeydiyyatdadır.

Araşdırmalar davam etdirilir.