Məşhur şirkətlərin lisenziyaları ləğv edildi

Məşhur şirkətlərin lisenziyaları ləğv edildi

17 Fevral 2014 13:36
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bir neçə şirkətin "Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi" fəaliyyət növü ilə məşğul olmaq üçün verilmiş xüsusi razılığı (lisenziya) dayandırıb.

Buna səbəb həmin şirkətlərin lisenziya şərtlərinə və tələblərinə riayət etməməsi olub.Komitədən verilən məlumata görə, Komitənin qərarı ilə "Art Akademiya", "Sentr-İMD", "Azərbaycan John Brown" şirkətlərinə, həmçinin Namik Mədət oğlu Xələfova və Rafael Aydın oğlu Yaqubova verilmiş lisenziyalar ləğv olunub.