Qaxda yaşayış evi yanıb

Qaxda yaşayış evi yanıb

14 Fevral 2014 18:03
Bəyəndim (0) Bəyənmədim (0)

Qaxda fərdi yaşayış evində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, yanğın hadisəsi bu gün günorta saatlarında Qax şəhəri Şota Rustaveli küçəsində, 79 yaşlı Qax şəhər sakini Vaxtanq Alaqulaşviliyə məxsus, ümumi sahəsi 72 kv. m olan fərdi yaşayış evində baş verib.

Hadisə yerinə dərhal FHN-in Qax rayon DYMX-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində 3 otaq, mətbəx və şüşəbənddən ibarət birmərtəbəli evin 1 otağının, mətbəxinin və şüşəbəndinin yanar konstruksiyaları içindəki əşyalarla birlikdə 42 kv. m sahədə yanıbr. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən qorunub. Yanğın nəticəsində ev sahiblərindən xəsarət olan olmayıb.

Faktla bağlı FHN-in Qax rayon DYMX-də araşdırma aparılır.